Nə edəcəyik ?

Tamamilə praktiki olan kursda yenilənmiş proqram üzrə veb-səhifələrin müasir tələb və standartlara uyğun yığılmasını, vizual və animasiya effektləri ilə canlandırılmasını, bir neçə dildə olan məzmununun bir necə üsul ilə işləyəcək şəkildə tərtiblənməsini, həmin məzmunun idarə olunması üçün idarə etmə panelinin proqramlaşdırılmasını və saytı İnternetdə yerləşdirməsini öyrənəcəksiniz.

Nələr öyrənəcəyik ?

  • HTML işarələmə dili
  • CSS texnologiyası
  • JavaScript script dili
  • PHP proqramlaşdırma dili
  • MySQL verilənlər bazaları
  • HTML5
  • CSS3
  • JavaScript
  • PHP
  • MySQL
  • CentOS

HTML və CSS

HTML dili - bütün veb-layihələrinin binövrəsi olan dildir: bütün veb saytlarının skeleti HTML-də yığılır. Müasir saytlara tamamlanmış görünüş verən isə CSS texnologiyasıdır. Bu ikili, veb-dizaynının əsasını təşkil edir.

JavaScript

JavaScript - brauzerdə işləyən bir veb proqramlaşdırma dilidir, saytların interfeysini dinamik edən, saytın görünüşünə və funksionallığına interaktivlik qatır.

PHP və MySQL

PHP - serverdə çalışan dildir. Müxtəlif istifadəçilərə və onların sorğularına görə dinamik olaraq HTML kodunu generasiya edir. Dinamik saytların işləməsini təmin edir. Veb-resursun strukturu və ona aid məzmunun MySQL verilənlər bazasında saxlanması əlavə əsnəklik qazandırır.

Harada yerləşir ?

Bakı, Nizami r-nu, S.Rüstəm küçəsi, 3B
28 May metrosunun yaxınlığında, 28 Mall-un arxasında,
Millibankın və KapitalBankın yanı.

XƏRİTƏYƏ BAX

Şərtləri nədir ?

Kursun müddəti: 3 ay
Dərslərin sıxlığı: həftədə 3 gün
Dərsin müddəti: 1,5 saat
Dərs saatları: səhər - axşam
Kursun qiyməti: aylıq 200 AZN

İştirak üçün
nə etməli ?

Kursda iştirak etmək üçün qeydiyyatdan keçin

QEYDİYYAT